“Omoniya”nın baş məşqçisi: “Bu gün bizim qələbəmiz asan olmadı"
07.08.2025 - 22:06
“Omoniya”nın baş məşqçisi: “Bu gün bizim qələbəmiz asan olmadı"

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Omoniya"ya 0:4 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Henninq Berq bir sıra açıqlamalar verib:

"Xoşbəxtik. Sevinirik ki, 4 qol vurduq, qol buraxmadıq. Hazırda bu nəticədən sonra komandamız yaxşı vəziyyətdədir. Amma heç nə tamamlanmayıb, evdə oynamalıyıq. İşimizi orada tamamlamalıyıq. Bu oyunda komandamız yaxşı idi. Müdafiədə yaxşı işlədik. Komandanın performansından və nəticədən razı qaldım".

- Bundan əvvəl "Qarabağ"la oyun üçün Bakıya gəlmişdiniz. "Araz-Naxçıvan"la onları necə müqayisə edərdiniz?
- "Qarabağ"la qarşılaşanda səfərdə heç-heçə oynamışdıq. Onlar daha təcrübəli idi. Patrik Andrade də orada oynayırdı. "Qarabağ" daha təcrübəli idi, "Araz-Naxçıvan" yeni qurulan komandadır. 1-2 oyunla müqayisə aparmaq çətindir. 3-4 il vaxt keçib. "Araz-Naxçıvan" yaxşı oyun nümayiş etdirir. "Aris"ə qarşı çox yaxşı çıxış etdilər, inamlı qələbə qazandılar. Bu gün bizim qələbəmiz asan olmadı. Sadəcə qollarımızı vurduq. Müdafiədə uğurlu çıxış etdik və "Araz-Naxçıvan"ın işini çətinləşdirdik.