“Qalatasaray” səfərdən darmadağınla dönür
22.12.2024 - 19:55
Türkiyə Super Liqasında XVII tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.
Komanda "Kayserispor"un qonağı olub. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib.
Erkən qola sevinən "Cimbom" matçı 5:1 hesablı qələbə ilə başa vurub.
Bununla da, xallarının sayını 41-ə çatdıran "Qalatasaray" "Fənərbaxça" ilə xal fərqini 8-ə yüksəldib.
Türkiyə Super Liqası
XVII tur
"Kayserispor" - "Qalatasaray" 1:5
Qollar: S. Bahoken, 14 - V. Osimhen, 2, 71, B. Yılmaz, 29, 87, Y. Akgün 51.
- ÇL: “Real”dan darmadağın, “Arsenal” və “Siti” xal itirdi – YENİLƏNİB
- “Aston Villa” ilə oyunda fərqləndi, əməliyyat olunacaq
- "Qalatasaray" “Aston Villa”nı əliboş yola saldı - YENİLƏNİB
- Umarali Raxmonaliyev: “Sabah 100 faizdən artığını edəcəyik”
- Valdas Dambrauskas: “Barselona”da zəif tərəf tapmaq çətindir”
0
0