"Qarabağ" Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb
03.09.2025 - 14:49
"Qarabağ" Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. 

Apasport.az xəbər verir ki, 8 turdan ibarət mərhələnin üçün sifariş vərəqində 24 futbolçu yer alıb.

Azərbaycan təmsilçisi Joni Montiel və Aleksey İsayevin adını siyahıya daxil etməyib.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç  

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə  

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə  

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.