"Qarabağ" Macarıstanda - FOTO
18.08.2025 - 16:13
"Qarabağ" Macarıstanda - FOTO

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la matçı üçün səfərə yollanıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi artıq Macarıstana çatıb.

Bu gün Bakı vaxtı ilə saat 21:00-da Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 21:30-da isə komanda açıq məşqə çıxacaq.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" matçı avqustun 19-da, saat 23:00-da başlayacaq.