
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” matçını “Estadio de San Mamés"də izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti 110 AZN-dir.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı azarkeşlər üçün "Estadio de San Mamés"də yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb. 321-ci sektora giriş "Gate 21" vasitəsilə mümkün olacaq.
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.
Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.
Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-si Bakı vaxtı ilə 20:45-də, yerli vaxtla isə (İspaniya) 18:45-də start götürəcək.
- Amputant futbolu üzrə Millətlər Liqasının bəzi oyunları Bakıda keçiriləcək
- Ukrayna yığması Azərbaycanla oyundan öncə daha iki itki ilə üzləşib
- Azərbaycanın U-17 millisinin heyəti bəlli olub
- Yığmamızın Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlanıb
- “Qəbələ”nin futbolçusu dünya çempionatında fərqlənib