
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov görüşdən sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:
“Futbolçularımı təbrik edirəm. Bu qədər azarkeş önündə çox gərgin oyun olmasına baxmayaraq, sona kimi dözdülər, qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar. Bizi tək qoymayan azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab bizi aldatmamalıdır. Bakıdakı görüşdə daha ciddi və diqqətli olmalıyıq. Çünki rəqibin heç nədən qol vurmağı bacaran futbolçuları var. Bura Çempionlar Liqasıdır. Qarşımızda çox istəkli rəqib və məğlubiyyəti xoşlamayan baş məşqçi var. Şansımızdan maksimum istifadə etməyə çalışacağıq”.