"Real"da ciddi itki: "BAVARİYA" İLƏ OYUNU BURAXACAQ
14.04.2026 - 15:13
"Real"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Raul Asensio sıradan çıxıb.
O, qastroenterit səbəbindən "Bavariya" ilə matçı buraxacaq.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu sabah keçiriləcək. İlk qarşılaşmada Münhen təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, görüş saat 23:00-da start götürəcək.
0
0