Rəşad Eyyubov: “Üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir”
06.06.2026 - 22:49
Rəşad Eyyubov: “Üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir”

Azərbaycanın U-21 millisi yoldaşlıq matçında Bəhreynin U-20 komandasını məğlub edib - 3:0.

Apasport.az xəbər verir ki, oyundan sonra yığmanın baş məşqçisi Rəşad Eyyubov AFFA-ya açıqlama verib. 

"Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir. Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir".

Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışında olan U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan seçməsinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.