Argentina millisinin müdafiəçisi Kristian Romero zədəsinin ciddi olmadığını bildirib.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin II turunun Avstriya ilə görüşündə dizindən xəsarət alıb.
O, 57-ci dəqiqədə meydanı tərk edib və yerinə Nikolas Otamendi daxil olub.
Romero matçdan sonra həkimlə danışdığını və ciddi təhlükə olmadığını deyib:
“Artıq həkimlə danışmışam. Ciddi bir şey yoxdur. Bir neçə günə komandaya kömək etmək üçün qayıdacam. Yenə dizimdir. Məni medial kollateral bağ narahat edir, amma oynayacam”.
Qeyd edək ki, Argentina Avstriyanı 2:0 hesabı ilə məğlub edərək qrupda xallarının sayını 6-ya çatdırıb və pley-offa vəsiqəni təmin edib. Son dünya çempionu qrup mərhələsinin son turunda iyunun 27-də İordaniya ilə qarşılaşacaq.
- Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib
- Azərbaycan millisi məğlub olub
- Konfrans Liqası: "Atalanta" Niderlandda xalsız qaldı - YENİLƏNİB
- Avropa Liqası: “Sosyedad” və “Benfika”dan darmadağın - YENİLƏNİB
- AL: İstanbulda qalib müəyyənləşmədi – YENİLƏNİB