“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, UEFA komandalar arasında ilk görüşü Polşadan olan hakimlər briqadasına həvalə edib.
Oyunun baş hakimi Lukaş Kujma olacaq. Ona yan xətt hakimləri Yakub Vinkler və Pyotr Podbyelski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək.
“Sabah”ın KuPS-la səfərdə matçını isə İsraildən olan hakimlər idarə edəcəklər. Baş hakim Qal Leybovitz, onun köməkçiləri Roy Hassan və Yossi Babayoff olacaq. Dekel Zino isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 21-də Bakıda (saat 20:00), cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada (Bakı vaxtı ilə 19:00) keçiriləcək.
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB