“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Orhus”un Danimarka Superliqasında keçirəcəyi oyunun vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, komandanın III turda “Midtyullan”la qarşılaşması avrokubok matçı ilə əlaqədar təxirə salınıb.
Klub bu barədə Danimarka Futbol Federasiyasına müraciət edib. Müraciət müsbət qarşılanıb və "Orhus"a bərpa üçün vaxt ayrılıb.
Görüş sentyabrın 2-də keçiriləcək. Qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlaması nəzərdə tutulub. “Orhus”un rəsmi təqvimində də matçın yeni tarixi sentyabrın 2-si göstərilib.
Bu isə o deməkdir ki, Danimarka klubu "Sabah"dan daha çox istirahət vaxtı əldə edəcək.
Qeyd edək ki, “Orhus” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 11-də Bakıda keçiriləcək.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq