"Sabah"ın matçına hakim təyinatları bəlli oldu
01.08.2025 - 15:57
"Sabah"ın matçına hakim təyinatları bəlli oldu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Sabah”ın Bolqarıstan klubu “Levski” ilə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Apasport.az xəbər verir ki, UEFA Sofiyadakı ilk görüşü Xorvatiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Ukraynadan olan hakimlər briqadasına həvalə edib:

“Levski” – “Sabah”
7 avqust. “Georgi Asparuxov” stadionu. Saat 22:00
Baş hakim: Duje Strukan
Baş hakimin köməkçiləri: Alen Yakşiç, Maryan Tomas
Dördüncü hakim: Ante Terziç
VAR: Mario Zebeç
AVAR: Ante Çulyak
(Hakimlər briqadası Xorvatiyadandır)

“Sabah” – “Levski”
14 avqust. “Bank Respublika Arena”. Saat 20:00
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Aleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov
VAR: Aleksey Derevinskyi
AVAR: Klim Zabroda
(Hakimlər briqadası Ukraynadandır)