"Sabah"ın rəqibində iki ayrılıq
18.08.2026 - 16:55
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi olan “Hapoel”də iki ayrılıq reallaşıb.
Apasport.az xəbər verir ki, Beer-Şeva təmsilçisi Mor Siman Tovu “Hapoel”ə (Kiryat Şmona), Yoav Koreni isə “Makkabi”yə (Petah-Tikva) icarəyə verib.
Hər iki futbolçu 2026/27 mövsümünü icarə əsasında sözügedən klublarda keçirəcək.
Qeyd edək ki, “Sabah”la “Hapoel” arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Cavab qarşılaşması isə avqustun 25-də Bakıda baş tutacaq.
- AL: “Beşiktaş” İngiltərə klubuna qarşı – YENİLƏNİR
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
- ÇL: “Barsa” PSJ-yə məğlub oldu - YENİLƏNİB
- Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”
0
0