"Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
22.08.2025 - 00:55
"Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin növbəti matçları keçirilib.

Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 12 görüş baş tutub.

"Samsunspor" Yunanıstanda "Panatinaikos"un qonağı olub. Görüş saat 20:00-da start götürüb. Türkiyə təmsilçisi rəqibinə 1:2 hesabı ilə məğlub olub.

"Şkendiya" isə "Lüdoqorets"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust

20:30. “Midyullann” (Danimarka) - KuPS (Finlandiya) 4:0
21:00. “Brann” (Norveç) - AEK (Larnaka, Kipr) 2:1
21:00. “Malmö” (İsveç) – “Siqma” (Çexiya) 3:0
22:00. "Panatinaikos" (Yunanıstan) - "Samsunspor" (Türkiyə) 2:1
22:00. "Şkendiya" (Şimali Makedoniya) - "Lüdoqorets" (Bolqarıstan) 2:1
22:00. “Zrinjski” (Bosniya və Herseqovina) – “Utrext” (Niderland) 0:2
22:00. “Makkabi” (Tel-Əviv, İsrail) – “Dinamo” (Kiyev, Ukrayna) 3:1
22:15. “Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə) 0:1
22:30. “Lex” (Polşa) – “Genk” (Belçika) 1:5
22:45. “Riyeka” (Xorvatiya) – PAOK (Yunanıstan) 1:0
22:45. “Aberdin” (Şotlandiya) – FCSB (Rumıniya) 2:2
23:00. “Linkoln” (Cəbəllütariq) – “Braqa” (Portuqaliya) 0:4

Qeyd edək ki, cavab görüşləri bir həftə sonra keçiriləcək.