Son Avropa çempionunun heyəti açıqlandı - İsko 6 ildən sonra millidə
26.05.2025 - 15:53
Son Avropa çempionunun heyəti açıqlandı - İsko 6 ildən sonra millidə

İspaniya yığmasının Millətlər Liqasının "dördlər finalı" üçün heyəti bəlli olub.

Apasport.az xəbər verir ki, bunu ölkənin futbol federasiyası açıqlayıb.

Baş məşqçi Luis de la Fuente 26 oyunçuya dəvət göndərib.

Heyətdə "Betis"də çıxış edən İsko da yer alıb. 33 yaşlı futbolçu 6 illik fasilədən sonra "qırmızı fürya"ya çağırılıb.

Qapıçılar: Unay Simon, David Raya, Aleks Remiro;

Müdafiəçilər: Pedro Porro, Oskar Minqueza, Pau Kubarsi, Robin Le Norman, Dani Viviyan, Din Huysen, Alexandro Qrimaldo, Mark Kukuryella;

Yarımmüdafiəçilər: Martin Zubimendi, Mikel Merino, Pedri, Qavi, Fermin Lopez, İsko, Aleks Baena, Fabian Ruiz;

Hücumçular: Lamin Yamal, Niko Uilyams, Yeremi Pino, Dani Olmo, Samu Aqeova, Alvaro Morata, Mikel Oyarzabal.

Qeyd edək ki, son Avropa çempionu iyunun 5-də Fransa ilə qarşılaşacaq. Qələbə qazanan tərəf Portuqaliya - Almaniya cütünün qalibi ilə final matçında üz-üzə gələcək.