Sulşerli “Beşiktaş” “Atletik”i darmadağın edib - YENİLƏNİB
22.01.2025 - 21:23

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin VII turuna start verilib.
Apasport.az xəbər verir ki, günün yeganə qarşılaşması Türkiyədə baş tutub.
Super Liqa klublarından “Beşiktaş” doğma azarkeşləri önündə “Atletik” ilə üz-üzə gəlib.
Görüş İstanbul təmsilçisinin üstünlüyü ilə keçib. Komanda rəqibini doğma meydanda 4:1 hesabı ilə darmadağın edib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
19:30. "Beşiktaş" - "Atletik Bilbao" 4:1
Qol: Milot Raşitsa, 17, 60, Rafa Silva, 77, Joao Mario, 90, Unai Qomez, 45
- Marko Rossi: “Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq”
- Macarıstan millisinin üzvü: “Bizim üçün nəticə önəmlidir”
- İsko son 6 ildə ilk dəfə İspaniya millisinin heyətində meydana çıxıb
- UEFA Millətlər Liqasının finalının ən yaxşı oyunçusunun adını açıqlayıb
- Millətlər Liqası: Portuqaliya çempion - YENİLƏNİB
0
0