Turində qollu bərabərlik
28.09.2025 - 00:35

İtaliya A Seriyasında V turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Yuventus" "Atalanta"nı qəbul edib.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçda hesabı qonaqlar açıb. Kamaldin Sulemana fərqlənib.
Lakin meydan sahibləri ikinci yarıda bərabərlik topunu vura bilib. Xuan Kabal yekun nəticəni müəyyənləşdirib - 1:1.
0
0