UEFA İcariyyə Komitəsi AVRO-2028-in final mərhələsi ilə bağlı reqlamentə dəyişiklik edib.
Apasport.az xəbər verir ki, UEFA-nın Bilbaoda keçirilən iclasında qəbul olunan qərara əsasən, ev sahibi ölkələr də seçmə mərhələdə iştirak edəcəklər.
Avropa çempionatına vəsiqə uğrunda milli komandalar 12 qrupda mübarizə aparacaq. Hər qrupda 4 və ya 5 komanda yer alacaq. Qrup qalibləri və ən yaxşı göstəriciyə malik 8 ikinci yer sahibi birbaşa final mərhələsinə yüksələcək. Qalan 4 vəsiqə isə pley-off oyunlarının nəticəsinə əsasən müəyyən olunacaq.
Xatırladaq ki, Avro-2028 turnirinə İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiya ev sahibliyi edəcək.
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB
- Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB
- Azərbaycan millisi Almaniya ilə bacarmadı