Ukrayna - Azərbaycan oyunu bu hakimə həvalə olundu
11.10.2025 - 14:25

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna – Azərbaycan oyununu avstriyalı hakim briqadası idarə edəcək.
Apasport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Sebastyan Qisxamer olacaq.
Ona yan xətt hakimləri Yorqen Roland Riedel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Valter Altman yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
0
0