
Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Polşanın Krakov şəhərində Azərbaycan yığmasına qarşı keçirəcəyi oyun öncəsi daha iki itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komanda “Jirona” klubunun yarımmüdafiəçisi Viktor Tsıqankov və “Dinamo”nun (Kiyev) müdafiəçisi Aleksandr Timçikin xidmətindən məhrum olub.
Hər iki futbolçu zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək. Daha əvvəl isə Oleksandr Zubkov və Roman Yaremçukun da Ukrayna millisinin heyətindən çıxarıldığı açıqlanmışdı.
Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu oktyabrın 13-də keçiriləcək və qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.