Xulio Velaskes: “Müdafiə olunmaq fikrində deyilik”
13.08.2025 - 19:29
Xulio Velaskes: “Müdafiə olunmaq fikrində deyilik”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" matçından öncə qonaqların baş məşqçisi Xulio Velaskesin mətbuat konfransı keçirilib.

"İlk matçda son dəqiqə qolu ilə qələbə qazandıq, amma bu bizə cavab oyunu üçün rahatlıq verməməlidir. Uğurlu seriyamızı davam etdirmək istəyirik. Rəqibin müxtəlif mövqelərdə çox yaxşı futbolçuları var. Çətin oyun olacaq, amma məqsədimiz davam etməkdir. Son oyunlarımızı kənara qoymalıyıq. “Sabah”la ilk matçda olduğu kimi bizim əsas hədəfimiz müdafiə olunmaq deyil. Prioritet topu ortada saxlayaraq hücuma aparmaqdır. Müdafiə olunmaq fikrində deyilik. Məncə, ilk oyundan daha dinamik oyun görəcəyik. Bizim artıq I və II təsnifat mərhələrində müvafiq olaraq “Hapoel Beer-Şeva” və “Braqa” ilə oyunlarda belə təcrübəmiz var. Amma istəyirik ki, işimizi əsas vaxtda həll edək”.