UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u məğlub edib - 4:0.
Apasport.az xəbər verir ki, matçdan sonra Danimarka təmsilçisinin baş məşqçisi Yakob Paulsenin mətbuat konfransı keçirilib:
"Kobud səhvlərə yol verdik və rəqibə topa sahib olmaq imkanı verdik. “Sabah” kimi komandaya belə şans versəniz, sizi cəzalandıracaq. Topa nəzarət etmək istəyirdik, lakin üstünlük rəqibə keçdi və onlar təzyiqi artırdılar. Müdafiədə səhvlərə yol verdik. Böyük hesablı məğlubiyyətə də məhz bu səbəb oldu. “Sabah” pley-off mərhələsinə vəsiqə qazanmağa layiq idi. İki oyunun nəticəsinə baxsaq, onlar yaxşı oyun nümayiş etdirdilər. "Sabah”ın keyfiyyətli futbolçuları var, xüsusilə hücumda çox effektivdirlər. Ayrı olaraq İvan Lepiniçanı qeyd edərdim".
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq