İspaniya millisinin hücumçusu Lamin Yamal DÇ-2026-da cəzadan son anda yayınıb.
Apasport.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Futbolçu istirahətdən sonra milli komandanın qaldığı otelə limit vaxtının bitməsinə 5 dəqiqə qalmış qayıdıb. Yamal bir qədər də geciksəydi, 2000 avro məbləğində cərimə olunacaqdı.
Bu cəza İspaniya millisinin daxili intizam qaydalarına əsasən ən sərt sanksiyalardan biri hesab olunur. Qaydanın məqsədi komanda daxilində nizam-intizamı qorumaqdır.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. İspaniya millisi H qrupunda I turdan sonra 3-cü pillədə qərarlaşıb. Komanda növbəti oyunlarını iyunun 21-də Səudiyyə Ərəbistanına, iyunun 27-də isə Uruqvaya qarşı keçirəcək.