Azərbaycan millisinin 6 boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/4 finalına yüksəlib.
Apasport.az xəbər verir ki, Sübhan Mamedov (48 kq) 1/8 finalda Mehron Şafiyevlə (Tacikistan) döyüşüb.
Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasında Şodiyorjon Melikuzyevlə (Özbəkistan) üz-üzə gələcək.
Məhəmmədəli Aşurəliyev (60 kq) ardıcıl üçüncü döyüşdən qələbə ilə ayrılıb. O, 1/8 finalda Artuş Qomtsyana (Gürcütsan) gücünü göstərib – 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27). Aşurəliyev 1/4 finalda Abdumalik Xalokovu (Özbəkistan) sınağa çəkəcək.
Zaur Qəhrəmanov (67 kq) bu dəfə Tomas Kasazzanı (Argentina) mübarizədən kənarlaşdırıb – 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26). Onun növbəti rəqibi Yevgeni Kul (Rusiya) olacaq.
Səidcəmşid Cəfərov (75 kq) yenə rinqdən qalib ayrılıb. Təmsilçimiz Amir Abbası (Bəhreyn) hər üç raundda məğlub edib və yekunda 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Cəfərov yarımfinala gedən yolda Fazliddin Erkinboyevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Alfonso Dominqes (92 kq) debütdə Matias Veronla (Argentina) qüvvəsini sınayıb. Dünya çempionumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. Dominqes 1/4 finalda Andrey Zaplitni (Moldova) ilə gücünü sınayacaq.
Məhəmməd Abdullayev (+92 kq) isə startda Mvoqo Zaçaryeni (Kamerun) məğlub edib - 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı 1/4 finalda Dovlet İslamovla (Türkmənistan) qarşılaşacaq.
Qeyd edək ki, bu gün daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.
- Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı
- 8 boksçumuz “Heydər Əliyev kuboku-2026”ya qələbə ilə başlayıb
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
- Azərbaycan boks tarixində ilk: Dünya Kubokunda 3 qızıl medal