"Çox çətin döyüş oldu. Bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında Xulio Sesar la Krusu (Kuba) məğlub edən dünya çempionumuz qələbəsini şərh edib: “Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır".
Qeyd edək ki, Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- 3 boksçumuz Dünya kubokunda mərhələ adlayıb
- İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
- Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
- Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar