Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında 1/4 final görüşlərinə yekun vurulub.
Apasport.az xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.
Zidan Hümbətov (55 kq) Saşa Menkaronini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:27, 30:27, 29:28, 30:27). O, yarımfinalda Riza Muhammed Safari (İngiltərə) ilə döyüşəcək.
Bununla da yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 5-ə yüksəlib.
Bilalhəbaşi Nəzərov (50 kq), Sübhan Babayev (60 kq) və Banuçiçək Nəsirli (48 kq) final uğrunda oktyabrın 7-də mübarizə aparacaqlar. İlkanə Əhmədova (+80 kq) ilə Hümbətov isə yarımfinal görüşünə 1 gün sonra çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatında bu gün istirahətdir.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib