Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb.
Apasport.az xəbər verir ki, yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.
Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib