Azərbaycan boksçuları iyunun 15-də Çinin Quyyan şəhərində start götürəcək Dünya Kubokunda mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarış 7 gün davam edəcək.
Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya Kubokunda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqesə (90 kq) şans verəcək.
Çimkənddə təlim-məşq toplanışında olan boksçularımız Quyyana Qazaxıstandan yollanacaqlar. Dünya Kubokunun püşkü iyunun 14-da atılacaq.
Qeyd edək ki, millimiz Braziliyada keçirilən ilin ilk Dünya Kubokunda 3 qızıl, 1 bürünc medal qazanıblar.