Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, yığmamız təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev heyətə Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevi (+90 kq) cəlb ediblər. Komandamız Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq.
Toplanış avqustun 29-da yekunlaşacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.
- Azərbaycan boksçuları Avropa çempionatını 4 medalla başa vurublar
- Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
- 2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
- Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb