İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalçıların adlarına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.
Boksçumuz yarımfinala gedən yolda Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.
Səidcəmşid yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.
Qeyd edək ki, dünya çempionatında bu gün istirahətdir. Mundiala sentyabrın 14-də yekun vurulacaq.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib