Azərbaycanlı boksçu: “Birinci yeri tutacağıma inanıram” - VİDEO
29.09.2025 - 16:39
"Biz bu yarışa əvvəldən hazırlaşmışıq. Allaha şükür ki, əziyyətimin bəhrəsini bu gün gördüm. İlk çıxışda Belarusdan olan idmançıya qalib gəlib yarımfinala vəsiqə qazandım".
Apasport.az xəbər verir ki, bunu jurnalistlərə III MDB Oyunlarının Yevlax Olimpiya Kompleksində təşkil olunan boks yarışında çıxış edən Aysel Fərəcova deyib.
O, bütün idmançılara uğurlar arzulayıb: “Yarışlarda 46 kiloqram çəki dərəcəsində iştirak edirəm. Birinci yeri tutacağıma inanıram. Azərbaycan idmançılarına III MDB oyunlarında uğurlar arzulayıram”.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0