Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb
27.04.2024 - 19:00
Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Naxçıvan Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının rəsmiləri və muxtar respublikada fəaliyyət göstərən məşqçilər ilə görüşüb.

Apasport.az xəbər verir ki, federasiyanın prezidenti Sahil Babayevlə Naxçıvan MR-in gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidova məşqçilərin fəaliyyəti, idmançıların hazırki məşq prosesi ilə bağlı son məlumatlar verilib.

Görüşdə perspektivlər, yaxın gələcək üçün hədəflər, boksun muxtar respublikada daha da kütləviləşməsi, idmançı və məşqçilərin hazırlıq səviyyələrinin artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Çalışdırıcıların bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

0