Azərbaycan Boks Federasiyasında müxtəlif yaş qrupları üzrə yığmalarda yetirmələri yer alan məşqçilərlə görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov, baş katib Nağı Səfərov, kişilərdən ibarət milli komandanın baş məşqçisi Ravşan Xocayev, böyük məşqçisi Nəriman Abdullayev və gənclərdən ibarət komandanın baş məşqçisi Elbrus Rzayev iştirak ediblər.
İlin ilk 6 ayının yekunları, müxtəlif turnirlərdəki nəticələr və medallarla bağlı müzakirələr aparılıb, hesabatlar dinlənilib. Həmçinin qarşıdakı yarışlar barəsində danışılıb, perspektivlər haqda fikir mübadiləsi aparılıb.
Yekunda çalışdırıcılara lazımı tövsiyələr verilib.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu