Boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar
22.07.2025 - 17:02
Boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar

İyulun 23-də Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək.

Apasport.az xəbər verir ki, beş gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu yarışda Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Sahib Baxışlı (44 kq), Nuran Yusibli (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Sabir Rüstəmov (57 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Yusif Ağakişiyev (75 kq), Mehran Rəsulov (80 kq), Ərdəm Təkin (90 kq), Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Aysan Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq), Emiliya Beydullayeva (57 kq) və Xumar Cəfərliyə (70 kq) şans verəcək.

Komandaya rəhbərliyi Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək. Qalib Əbiyev isə yarışda hakimlər sırasında yer alacaq.