Kişi boksçulardan ibarət Azərbaycan millisi Almaniyaya yollanıb.
Apasport.az xəbər verir ki, komanda Heydelberq şəhərində təlim-məşq toplanışı keçəcək.
Məşqçilər korpusu iyulun 30-dək davam edəcək hazırlıqda Sübhan Mamedov, Bilalhəbaşi Nəzərov (hər ikisi 50 kq), Amin Məmmədzadə, Zidan Hünbətov (hər ikisi 55 kq), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Murad Allahverdiyevi (80 kq) yoxlayacaqlar.
Heydelberq Olimpiya Təlim Mərkəzində baş tutacaq məşqlərə 15-dək ölkənin yığmasının qatılacağı gözlənilir.
Qeyd edək ki, toplanış Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu