Azərbaycanın kişi boksçulardan ibarət U-23 millisi Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, komanda noyabrın 17-dək təlim-məşq toplanışında olacaq.
Kastamonuda məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadənin rəhbərliyi altında Sübhan Mamedov, Bilalhəbaşi Nəzərov (hər ikisi 50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) hazırlıq keçəcəklər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq növbəti toplanış U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Kastamonuda sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, U-23 Avropa çempionatı noyabrın 23-29-da Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu