Boksçularımız beynəlxalq turnirə qələbə ilə start verib
24.02.2026 - 10:44
Boksçularımız beynəlxalq turnirə qələbə ilə start verib

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirinə start verilib.

Apasport.az xəbər verir ki, 31 ölkədən 338 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

50 kq-da Bilalhəbaşi Nəzərov 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də olacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.