Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq
01.09.2025 - 15:56
Sentyabrın 2-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Apasport.az xəbər verir ki, Şokır Beltekulının şərəfinə keçiriləcək və 5 gün davam edəcək A kateqoriyalı ənənəvi yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Turnirdə məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında rinqə Zəlimxan Süleymanov (55 kq), Məhəmməd Aşırəliyev, Elbrus Adıgözəlov (hər ikisi 60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 65 kq) və Nicat Əlirzayev (70 kq) çıxacaqlar.
Qeyd edək ki, bu gün səfərə yollanan komandamız sentyabrın 7-də Bakıya qayıdacaq.
- Azərbaycan boksçuları Avropa çempionatını 4 medalla başa vurublar
- Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
- 2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
- Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb
0
0