Qız və qadın boksçulardan ibarət Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.
Apasport.az xəbər verir ki, hazırlıqlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Bakıda keçirilir.
Bakı Boks Mərkəzində təşkil olunan beynəlxalq toplanışda yığmalarımızla yanaşı, Türkiyə və Belarus milliləri də iştirak edəcəklər. Komandalar gündə 2 dəfə məşqə çıxacaq, yekunda sınaq döyüşlərində güclərini yoxlayacaqlar. 30-dək boksçunun qatılacağı toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.
Birgə məşqlər sentyabrın 14-də yekunlaşacaq.
Qeyd edək ki, türkiyəli boksçular toplanışa sentyabrın 5-də qoşulacaqlar.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu