Boksçularımızdan 5 medal
28.05.2026 - 16:35
Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olub.
- Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb
- Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda finala vəsiqə qazanıb
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- 3 boksçumuz Dünya kubokunda mərhələ adlayıb
- İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
0
0