Azərbaycan boksçusu Tural Sarıyev U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.
İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.
Bu, millimizin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün yığmamızın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib