Boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
15.10.2024 - 16:06
Azərbaycan boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final çərçivəsində Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.
Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.
Qeyd edək ki, Marjona oktyabrın 17-də final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
0
0