Boksçumuz doğum günündə AÇ-nin yarımfinalına vəsiqə qazanıb
25.11.2025 - 20:16
Azərbaycan boksçusu Tağı Nəsibov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalında Qavin Ryandan (İrlandiya) güclü olub.
O, rəqibini 3:2 (28:29, 27:30, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəsibov yarımfinala vəsiqə qazanmaqla doğum günündə özünə azı bürünc medalı da hədiyyə edib.
Tağı noyabrın 28-də yarımfinalda bolqarıstanlı Radoslav Rosenovla döyüşəcək.
Qeyd edək ki, sabah daha 3 boksçumuz 1/4 görüşünə çıxacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0