Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya kuboku davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
1/4 finalda Sübhan Mamedov (50 kq) Samet Gümüşlə (Türkiyə) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəticədə boksçumuz adını yarımfinala vəsiqə qazanıb. O, bununla özü üçün ən azı bürünc medalı təmin edib. Mamedov yarımfinalda qazaxıstanlı Sanjar Taşkenbayla üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq.
Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu