Azərbaycan daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
Apasport.az xəbər verir ki, Əli Abdullayev (63,5 kq) bu hüququ əldə edib.
Boksçumuz yarımfinalda Camel Cemmala (Fransa) 4:1 hesabı ilə qalib gəlib.
Zidan Hümbətov (51 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) isə mübarizəni yarımfinalda dayandırıb. Bu nəticə onlara dünya çempionatının bürünc medalını qazandırıb. Zidan Castin Morenaya (Kolumbiya) 1:4, Məhəmmədəli isə Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (48 kq) finala yüksələn ilk boksçu olub.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib