İdmançılarımız beynəlxalq turniri 2 medalla başa vurublar
20.05.2024 - 11:53
İdmançılarımız beynəlxalq turniri 2 medalla başa vurublar

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada təşkil olunan “Elorda Cup” beynəlxalq turnirini 2 medalla başa vurublar.

Apasport.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, finalda məğlub olan Murad Allahverdiyev (86 kq) gümüş medal qazanıb.

Məhəmməd Abdullayev (92 kq) isə turniri bürünc medalla bitirib.

0