Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edib.
Apasport.az xəbər verir ki, azərbaycanlı boksçu Aysel Fərəcova (46 kq) özbəkistanlı Ruxşonabonu Əhədovaya qalib gələrək finala çıxıb.
50 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan digər boksçumuz Əminə Tağı belaruslu Arina Kmitadan üstün olub – 4:1.
Daha bir azərbaycanlı boksçu Cəmilə Muradlı (54 kq) qazaxıstanlı Adelaida Sadvakassovaya qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.
60 kiloqram çəki dərəcəsində isə Aynur İsmayılova tacikistanlı Furuğ Sarhaszodaya qalib gəlib. Gülər Hüseynova (48 kq) isə digər Tacikistan təmsilçisi Kumriniso İmomaliyevadan üstün olub. Hər iki boksçumuz finala çıxıb.
Digər yarımfinal görüşündə azərbaycanlı idmançı Fidan Bakarova (63 kq) rusiyalı Zlata Konovalovaya qalib gəlib.
Beləliklə, Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb.
Qeyd edək ki, qadın boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.
- Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
- Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal
- Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
- Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb
- "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib