Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib.
Apasport.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.
Banuçiçək Nəsirli (48 kq) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gələcək.
Bilalhəbaşi Nəzərov (50 kq) isə Lonut Razvan Panainteni (Rumıniya) sınağa çəkib. Hər üç raundda rəqibinə qalib gələn boksçumuz yekunda 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26) hesabı ilə qələbə qazanıb. Nəzərov finalda Tommaso Orlando (İtaliya) münasibətinə aydınlıq gətirəcək.
Digər boksçumuz Sübhan Babayev (60 kq) Luka Çxikvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından təmsilçimiz bürünc medala yiyələnib.
Qeyd edək ki, yarımfinal mərhələsində bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Avropa çempionatında final döyüşləri isə oktyabrın 10-da keçiriləcək.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu