İki boksçumuz Rusiyadakı turnirdə finala yüksəlib
17.05.2024 - 15:36
İki boksçumuz Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Maqsud Xasmetov (60 kq) yarımfinalda Denis Parilovu (Rusiya) məğlub edib.

İkinci raundda tam üstünlüklə qalib gələn boksçu finalda Dilşod Abdumurodovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Ruslan Rüstəmov (63,5 kq) da həlledici görüşə vəsiqə qazanıb. O, yarımfinalda Nikita Birenkovdan (Rusiya) üstün olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov finalda Sandan Sandarovla (Rusiya) qarşılaşacaq.

Ümid Rüstəmov (57 kq) Maksim Pankova (Belarus), İlqar Salahov (67 kq) Ruslan Abdullayevə (Özbəkistan), Mirşərif Kazımzadə (75 kq) Yeqor Şapoçanskiyə (Rusiya) məğlub olduqları üçün yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, finallar mayın 18-də keçiriləcək.

1