İslam Oyunları: Daha bir boksçumuz yarımfinalda
08.11.2025 - 19:15
Azərbaycanın daha bir boksçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Sərxan Əliyev 1/4 final mərhələsində Özbəkistan təmsilçisi Samandar Xabibullayev üzərində aydın üstünlüklə qələbə qazanıb. İdmançımız bu nəticə ilə adını yarımfinal mərhələsinə yazdırıb.
Qeyd edək ki, daha əvvəl Məhəmmədəli Qasımzadə (60 kq) və Səidcəmşid Cəfərov (80 kq) yarımfinal mərhələsinə vəsiqə qazanıb.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0